
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb, amma bu yarımfinal üçün yetərli olmayıb və "Barsa" ümumi hesabda 3:5 hesabı ilə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.
PSJ isə səfərdə “Aston Villa” ilə qarşılaşıb.
Dramatik keçən oyunun qalibi ev sahibləri olub. Premyer Liqa təmsilçisi 3:2 hesablı qələbə qazansa da, bu yarımfinal üçün yetərli olmayıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 3:1
İlk oyun - 0:4
23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) 3:2
İlk oyun - 1:3.