ÇL: "Qarabağ" rəqiblərdən top almağa görə ilk üçlükdə yer alıb
27.11.2025 - 09:37
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.
İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.
- Mourinyo Portuqaliya millisində?! - MÜTƏXƏSSİSƏ YENİ DƏVƏT
- Ehtiram Quliyev: "Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var"
- Arsen Venger: "UEFA bu məsələni diqqətdə saxlamalıdır”
- Kaxaber Tsxadadze: "Bəzi epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik”
- “Qornik"in baş məşqçisi - “Fənər" heç vaxt güclü olmayıb”
0
0