
Avstraliya yığması son 12 ildə dünya çempionatında ilk qələbəsini qazanb.
Apasport.az saytının məlumatına görə, bu, Qətərdə təşkil olunan DÇ-2022-nin qrup mərhələsinin II turunda Tunislə görüşdə (1:0) baş verib.
Komanda buna qədər axırıncı dəfə DÇ-2010-un qrupunun III turunda Serbiyaya qalib gəlmişdi (2:1). Avstraliya həmin qarşılaşmadan bəri mundiallardakı ardıcıl 7 matçda qalib gələ bilməyib - 6 məğlubiyyət, 1 heç-heçə.
Avstraliya yığması həm də dünya çempionatları tarixində 3-cü qalibiyyətinə sevinib. Bu komanda ilk dəfə 2006-cı ildəki mundialda Yaponiyanı (3:1) məğlub edib.
Qeyd edək ki, Qrem Arnoldun yetirmələri qrupda son oyununu noyabrın 30-da Danimarkaya qarşı keçirəcək.
- Emin Mahmudov: "Sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm” - MÜSAHİBƏ
- Yığmamızda “50”ni görənlər - ADLAR
- Lukas Afriko: “Qarabağ” qarşılaşacağımız ən çətin komandadır” - MÜSAHİBƏ
- Qurban Qurbanov: "Bölgələrdə yaxşı futbol oynamaq çətindir"
- Dembele: "Onlara zəncəfilli və ballı çay hazırladım"