DÇ-2022: Almaniya millisində itki
10.11.2022 - 12:53
Almaniya yığması dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Roys sıradan çıxıb.
Ulduz futbolçu topuğundakı zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Noyabrın 5-də Bundesliqanın XIII turunda “Boxum”la (3:0) görüşdə zədələnən 33 yaşlı hücumameyilli oyunçunun mundiala hazır olmayacağı açıqlanıb.
Qeyd edək ki, Almaniya yığması DÇ-2022-nin E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
- Rəşad Sadıqov: “Makkabi”ni təəccübləndirə biləcəyik" - MÜSAHİBƏ
- Renat oynadı, komandası qalib gəldi
- Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb
- Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıblar
0
0