DÇ-2022: Ən gənc futbolçular açıqlandı
15.11.2022 - 17:17
DÇ-2022-nin ən gənc futbolçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Qətərdə keçiriləcək mundialın ən azyaşlı oyunçusu Yussuf Mukokodur.
Dünya çempionatının açılışının gerçəkləşəcəyi noyabrın 20-də Almaniya millisinin üzvünün 18 yaşı tamam olacaq. Avstraliya yığmasının hücumçusu Qaranq Kuol 18 yaşını sentyabrın 15-də qeyd edib.
İlk “üçlüy”ü Pedri qapayır. İspaniya millisinin yarımmüdafiəçisi avqustun 6-da 18 illiyini tamamlayıb.
Qeyd edək ki, noyabrın 20-də başlayacaq mundial dekabrın 18-də yekunlaşacaq.
- Amil Yunanov: "Zəng gəldi və dedilər ki..." - Açıqlama
- "Çelsi" erməniləri darmadağın etdi, KL tarixinə düşdü
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Elçin Usub: "Bu mövsüm əcnəbi futbolçu gətirmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
- 2023-cü ilin ən yaxşı qapıçısı müəyyənləşdi
0
0