Əfsanəvi ispaniyalı tennisçi Rafael Nadal Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı proqnozunu verib.
Apasport.az saytının məlumatına görə, 22 qat “Böyük Dəbilqə” çempionu mundialın favoritlərini açıqlayıb.
36 yaşlı tennisçi 6 komandanı digərlərindən fərqləndirib: “Mürəkkəb məsələdir. Dünya çempionatı ilə bağlı nəsə proqnozlaşdırmaq çətindir. Deyərdim ki, favoritlər Braziliya, Argentina, Fransa, Almaniya, Portuqaliya və İspaniyadır. Çoxlu oyunlar olacaq, lakin adlarını çəkdiklərim favoritlərdir. Baxmayaraq ki, hər zaman kiminsə sürpriz etmək şansı var”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
- Hakim yerə yıxıldı - Vardi fitini səsləndirdi - VİDEO
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub
- Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar
- “Tottenhem” Ange Postekoqlunun əvəzləyicisini tapdı
- Premyer Liqa klubunda 30 milyonluq müdafiəçi