DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək - YENİLƏNİB
27.06.2026 - 09:01
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək - YENİLƏNİB

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə G qrupunun iki görüşü baş tutub. 

Misir millisi İranla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Xallarının sayını 5-ə çatdıran Misir qrupu ikinci sırada bitirərək 1/16 finala yüksəlib. İran isə qrupda 3 xalla 3-cü pillədə qərarlaşaraq ən yaxşı üçüncülərdən biri kimi pley-off şansını gözləyəcək. 

Qrupun digər matçında isə Yeni Zelandiya Belçika ilə üz-üzə gəlib. Matç avropalıların qələbəsiylə başa çatıb:

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran Belçika qrupu 1-ci sırada bitirib. Yeni Zelandiya 1 xalla son pillədə qərarlaşıb. 

Hər iki matç Bakı vaxtı ilə saat 07:00-da start götürüb. 

DÇ-2026
G qrupu, III tur
27 iyun
07:00. Misir - İran 1:1

Qol: Saber, 5, Rezayan, 14

Uğursuz penalti: M. Taremi, 11


07:00. Yeni Zellandiya - Belçika 1:5

Qol: Trossard, 28, 50, De Bruyne, 67, Cast, 84, Lukaku, 86, Salamakers, 90+4