DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar bu gün keçirilib.
Apasport.az xəbər verir ki, 4 qrupda 8 görüş baş tutub.
G qrupunda yer alan Niderland millisi Finlandiya yığmasını qəbul edib. Ev sahibləri rəqibini 4 cavabsız qolla darmadağın edib - 4:0.
Mərhələnin digər matçında isə Polşa səfərdə Latviyanı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
DÇ-2026
Seçmə mərhələ
12 oktyabr
C qrupu
20:00. Şotlandiya – Belarus 2:1
22:45. Danimarka – Yunanıstan 3:1
G qrupu
20:00. Niderland – Finlandiya 4:0
22:45. Litva – Polşa 0:2
H qrupu
17:00. San Marino – Kipr 0:4
22:45. Rumıniya – Avstriya 1:0
L qrupu
20:00. Farer adaları – Çexiya 2:1
22:45. Xorvatiya – Cəbəllütariq 3:0
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Daha bir güləşçimiz Avropa çempionu oldu
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycan klubunun kapitanı UEFA-nın kursunda iştirak edir
- Vasili Berezutski: “Hələ çox işləməliyik”