2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.
Apasport.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşıb.
Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.
İlk hissədə başqa qol vurulmayıb.
İkinci hissədə Avstraliya əks hücum zamanı növbəti dəfə fərqlənib. Metklaff dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırıb.
Matç bu hesabla da başa çatıb: 2:0.
DÇ-2026
D qrupu
14 iyun 08:00
Avstraliya - Türkiyə 2:0
Qol: İrankunda, 27, K. Metkalf, 75
Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem
Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metkalf, O'Neill, Okon-Engstler, Toure, İrankunda
- Şahin Diniyev: "Mən uşaq deyiləm, hər şeyi başa düşürəm"
- Azərbaycan yığması Albaniyaya məğlub oldu - YENİLƏNİB
- “Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı, Nəcəfov 5-ci oldu
- Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ