Braziliya millisinin futbolçusu Rafinya DÇ-2026-nın qrup mərhələsinin növbəti oyunları öncəsi komandadan ayrı məşq edib.
Apasport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Braziliya iyunun 14-də dünya çempionatındakı ilk oyununda Mərakeşlə 1:1 hesablı heç-heçə edib. Görüşü əvəz olunmadan keçirən Rafinya final fitindən sonra yorğunluq səbəbindən meydanda yerə yıxılıb.
Komanda növbəti gün bərpa məşqinə çıxıb. Rafinya, Bruno Gimaraeş və Qabriel Maqalyaynş fərdi proqram üzrə hazırlaşıblar.
Bu gün yığma tam məşqlərə başlasa da, Rafinya komanda ilə çalışmayıb. Gimaraeş və Maqalyaynş da fərdi məşq planına uyğun hazırlığı davam etdiriblər.
Qeyd edək ki, Braziliya DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlarını Haiti və Şotlandiyaya qarşı keçirəcək. Braziliya – Haiti matçı iyunun 20-də, Şotlandiya ilə görüş isə iyunun 25-də baş tutacaq.