DÇ-26: İranlı futbolçu ən yaxşı seçildi
16.06.2026 - 09:23
DÇ-26: İranlı futbolçu ən yaxşı seçildi

Dünya çempionatında İran və Yeni Zelandiya yığmaları arasında keçirilən G qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada İran millisinin futbolçusu Ramin Rezayan layiq görülüb.

Təcrübəli oyunçu 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandasının heyətində fəal çıxışı ilə seçilib.

Qeyd edək ki, G qrupunun digər oyununda Belçika və Misir milliləri də 1:1 hesablı heç-heçə edib.