Diaz ən yaxşı adına layiq görüldü
18.06.2026 - 09:51
Diaz ən yaxşı adına layiq görüldü

Dünya çempionatının K qrupunun I turunda keçirilən Özbəkistan – Kolumbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada Cənubi Amerika təmsilçisinin heyətində Luis Dias layiq görülüb.

Kolumbiyalı vinger görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kolumbiya Özbəkistanı 3:1 hesabı ilə məğlub edib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.