Çempionlar Liqasının III təsnifat mərhələsinin təxirə salınmış oyunu keçirilib.
Apasport.az-ın məlumatına görə, Mahir Emrelinin meydana çıxmdığı matçda “Dinamo” pley-offa yüksələ bilməyib.
Yunanıstanda AEK-in qonağı olan Zaqreb klubu evdəki məğlubiyyətin əvəzini çıxmağa çox yaxın olub. Mahirin komandasına 2:0 hesabı ilə öndə olsa, hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə qapısından iki top buraxıb. 90+2-ci dəqiqədə Araujo fərqi minimuma endirib. Bu azmış ki, 90+9-cu dəqiqədə “Dinamo”nun qapısına penalti təyin olunub. Qarsiya penaltini dəqiq yerinə yetirməsə də, Damaqoy Vida təkrar zərbə ilə topu qapıdan keçirib. Bu qol AEK-ə turnirin pley-offunda oynamaq hüququ verib. Komanda bu mərhələdə “Antverp”lə (Belçika) mübarizə aparacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun AEK azarkeşinin ölümü səbəbindən təxirə salınmışdı.
UEFA Çempionlar Liqası,
III təsnifat mərhələsi, cavab oyunu
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:2
İlk oyun – 2:1
- “Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
- Braziliya millisində ciddi itki
- Maksim Medvedev: “Uğur qazanmaq üçün yaxşı imkan var”
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- Taekvondoçularımız dünya çempionatına son hazırlığı Şamaxıda keçir