Elçin Məsiyev ÇFR - "Braqa" matçında
01.08.2025 - 16:28
Elçin Məsiyev ÇFR - "Braqa" matçında

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, FIFA referisi Avropa Liqası 3-cü təsnifat mərhələsinin ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) matçını idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da İspaniyadan Sezar Soto Qrado, AVAR-da isə onun həmyerlisi Alexandro Munyis Ruis olacaq.

Qeyd edək ki, ÇFR - "Braqa" qarşılaşması 7 avqust tarixində Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.