Əliyar Ağayev "Fiorentina"nın matçında
18.08.2025 - 13:37
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq.
Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək.
Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
- Avropa çempionumuz dünya çempionatında mübarizəyə başlayacaq
- Leaonun Türkiyəyə transferi "dalana dirəndi" – "Milan" qiyməti endirmir
- "Nyukasl" hücumçusunu icarəyə göndərdi
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulacaq
- Şahruddin Məhəmmədəliyev “Sabah”la oyunu buraxa bilər
0
0