"Fənər" UEFA siyahısını yenilədi
20.08.2025 - 14:44
“Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək oyunçuların siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” Super Liqanın I turunda “Göztəpə” ilə keçirilən oyunda (0:0) zədələnən Cenk Tosunu iştirak ərizəsindən çıxarıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi siyahıya 34 yaşlı hücumçunun əvəzinə Cengiz Ünderi daxil edib.
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün öz meydanında "Benfika" ilə qarşılaşacaq.
- Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- “Qarabağ” Aleksey İsayevlə yollarını ayırdı - RƏSMİ
- "Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb
- II Liqa: XIX tura yekun vurulacaq
0
0