"Ferentsvaroş" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
17.08.2025 - 15:18
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, Macarıstanda keçiriləcək ilk görüş Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyruya Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Klaudiu Filipe Ruivo Pereyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- DÇ-2026: Norveçdən darmadağın, Qazaxıstan məğlub oldu- YENİLƏNİB
- “Qarabağ” – “Qalatasaray” oyununa biletlərin qiyməti açıqlandı
- "Qarabağ" "Ayaks" matçına doğru: Tarixdə beçinci dəfə
- İdman direktoru: “Mahir uğurlu olsa, azərbaycanlıların Super Liqaya yolunu açacaq”
- Premyer Liqa klubunda ayrılıq - RƏSMİ
0
0