AVRO-2024-ün seçməhələsində dörd qrupun oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, B qrupunda favoritlər qələbə qazanıblar.
Fransa yığması 100 faizlik nəticə göstərib. Didye Deşamın yetirmələri “Park De Prens”də asanlıqla İrlandiyanı mğlubiyyətə uğradıblar. Hollandiya futbolçuları Yunanıstanla görüşdə çətinlik çəkməyib. “Narıncılar” birinci hissədə üç qol vuraraq, matçın taleyini həll ediblər.
Günün ən sürpriz nəticəsi Serbiyada qeydə alınıb. Meydan sahibləri Macarıstan yığmasına uduzublar. Bu qələbə macarları qrup lideri edib. Qrupun digər qarşılaşmasında qapılara 4 qol vurulub. Litva öz meydanında son dəqiqələrdə məğlubiyyətdən qaça bilib.
AVRO-2024, seçmə mərhələ
7 sentyabr
B qrupu
Fransa – İrlandiya – 2:0
Niderland – Yunanıstan – 3:0
Fransa – 15, Hollandiya – 6, Yunanıstan – 6, İrlandiya – 3, Cəbəllütariq – 0 xal.
E qrupu
Çexiya – Albaniya – 1:1
Polşa – Farer adaları – 2:0
Çexiya – 8, Albaniya – 7, Polşa – 6, Moldova – 5, Farer adaları – 1 xal.
G qrupu
Litva – Monteneqro – 2:2
Serbiya – Macarıstan – 1:2
Macarıstan – 10, Serbiya – 7, Monteneqro – 5, Litva – 2, Bolqarıstan – 2 xal.
H qrupu
Qazaxıstan – Finlandiya – 0:1
Sloveniya – Şimali İrlandiya – 4:2
Danimarka – San-Marino – 4:0
Finlandiya – 12, Danimarka – 10, Sloveniya – 10, Qazaxıstan – 9, Şimali İrlandiya – 3, San-Marino – 0 xal.
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
- "Liverpul"un yeni baş məşqçisi bəlli oldu
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
- Türkiyədə transferlərdən ən çox uduzan klublar bilindi