“Barselona”nın hücumçusu Memfis Depayın yenidən İngiltərədə oynamaq ehtimalı yaranıb.
Apasport.az saytının məlumatına görə, 2015-2017-ci illərdə “Mançester Yunayted”də çıxış etmiş forvard bu dəfə “Tottenhem”in maraq dairəsinə düşüb.
Lakin Niderland millisinin üzvü Londona köçməkdən imtina edib. O, “qırmızı şeytanlar”dakı uğursuzluqdan sonra İngiltərəyə qayıtmaq fikrindən uzaqdır. Buna baxmayaraq, kataloniyalılar 28 yaşlı oyunçu ilə yollarını ayırmaq, onun transferindən 20 milyon avrodan çox pul qazanmaq niyyətindədir.
Qeyd edək ki, “Barselona”ya ötən il azad agent kimi keçən Memfis Depayın müqavilə müddəti gələn ilin yayına qədərdir.
- Tərlan Əhmədov: "Maşınımı satıb, futbolçuların maaşını vermişəm" - VİDEO
- “Neftçi”nin gənc qolkiperi "Qarabağ"ın radarına düşüb
- Misli Premyer Liqası: III turun oyun cədvəli bəlli olub
- Çexiya millisində Fatih Terim səsləri
- Dövlət başçısı Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB