
Çempionlar Liqasının ilk finalçısı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, İtaliya derbisində “İnter” “Milan”dan güclü olub.
Bir həftə əvvəl səfərdə qalib gələn İnzaginin yetirmələri cavab matçını da üstün başa vurublar. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
“İnter” 13 ildən sonra ilk dəfə ÇL-in finalında oynamaq şansı qazanıb. Komanda 2009/10 mövsümündə həlledici görüşdə “Bavariya”ya qalib gəlmişdi (2:0)
Qeyd edək ki, yarımfinalın digər cütündə “Mançester Siti” Madrid “Real”ını qəbul edəcək (1:1).
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
“İnter” – “Milan” – 1:0
İlk oyun – 2:0
- Liniker əfsanəvi ifadəsini dəyişdi - əgər almanlar qrupdan çıxmağı bacarırsa...
- “Arsenal” “Siti”ni top atəşinə tutdu
- Rahid Əmirquliyev: “Millimiz qrup birincisi ola bilməyəcək”
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"
- İnzaqi üçün fantastik məbləğ: Səudiyyə Ərəbistanında sərvət qazanacaq