
Argentina millisinin hücumçusu Lionel Messi Meksikaya səfər qadağası ilə üzləşə bilər.
Apasport.az xəbər verir ki, bu barədə meksikalı siyasətçi Maria Klemente Qarsia 35 yaşlı argentinalının ölkəyə girişini qadağan etmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, DÇ-2022-nin qrup mərhələsinin II turunun oyunundan sonra Argentina millisinin paltardəyişmə otağından video yayımlanıb. Videoda Messinin yanında yerdə Meksika millisinin formasının olduğu, hücumçunun qələbə sevinci zamanı onu ayağı ilə tapdaladığı görünür.
Boks üzrə superorta çəkidə mütləq dünya çempionu olan meksikalı Saul Alvares bu epizoda reaksiya verib. O, oyunçunu “cəzalandıracağına” söz versə də, sonradan sözlərinə görə üzr istəyib.
- Məhəmməd Abdullayev: “Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam”
- "Neftçi" camiəsinin bütövləşmə zamanıdır” – Tahir Süleymanov yazır
- Prezidentin nəvəsi dünya çempionu olub
- Laurentsiu Regekampf: “Onu unutmaq asan deyil”
- İdman Mövzulu Ən Yaxşı Sənədli Filmlər. İzləməli Olduğunuz 15 Film