Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, millimiz U-18 Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığmasının heyəti: 1. Həbib Hüşənov, 6. Nadir Orucov, 23. Rəşad Alışov, 3. Cavid Məlikov (21. Murad Mustafayev, 46), 5. Əli Nəbizadə (2. Ömər Əliaslanlı, 46), 7. Əkbər Məhərrəmov, 10. Babamirzə Mehdiyev (19. Əli Qurbanov, 75), 8. Emin Feyzullayev (15. Elnur Cabbarlı, 75), 18. Arzu Mədətov (9. Ömər Kərimov, 85), 17. Ziya Şəkərxanov (16. Əmir Əliyev, 62), 11. Röyal Fərzullazadə (20. Rauf Qafarov, 62).
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 31-də keçiriləcək.
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
- Azər Əliyev Azərbaycan pasportu aldı
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- “Mançester Siti” 70 milyonluq transferini açıqladı
- Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub