Millimiz yenə məğlub oldu
02.11.2024 - 23:55
17 yaşadək qadınlardan ibarət Azərbaycan millimiz Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 yığmamız Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız ilk görüşdə Serbiyaya 0:10 ilə uduzub.
- "Liverpul" Londonda büdrədi
- Olimpiadaya yollanacaq media nümayəndələri ilə görüş keçirilib
- Hindistanlı mütəxəssis: “Qarabağ”ın işi bu gün çətin olacaq”
- Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir
- Əfran İsmayılov: "Bodo-Qlimt"i digər komandalarla bir tutmuram"
0
0