Millimizdən qollu heç-heçə
13.10.2024 - 21:09
Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
- “Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”
- Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
- Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək
- Matç zamanı futbolçunu ildırım vurdu - VİDEO
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”
0
0