UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) qarşılaşması əvvəlcədən nəzərdə tutulan vaxtdan 30 dəqiqə gec başlayacaq.
Apasport.az xəbər verir ki, bu barədə Danimarkada oyunu izləyən İTV-nin jurnalisti Kənan Hakimov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, matç Bakı vaxtı ilə saat 20:30 əvəzinə 21:00-da start götürəcək. Buna səbəb Orhus şəhərindən Randersə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxac olub. Tıxac səbəbindən komandaları stadiona aparan avtobuslar gecikib.
Qeyd edək ki, “Orhus”un ev stadionunda yenidənqurma işləri aparıldığından Danimarka təmsilçisi avrokubok oyunlarını müvəqqəti olaraq Randers stadionunda keçirir.
- Murad Musayev: “Emosional olduğum üçün qırmızı vərəqə göstərirlər” - MÜSAHİBƏ
- Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”
- “Liverpul”un 75 milyonluq transferi açıqlandı
- AL: “Qarabağ”ın potensial rəqibləri bəlli oldu
- Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti BƏLLİ OLDU