“Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb
06.07.2024 - 12:47
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.
Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.
- Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlandı
- Gündüz Abbaszadənin bu sözləri Türkiyədə gündəm oldu - VİDEO
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- 18 yaşlı müdafiəçi “Liverpul”un hədəfində
- Şəhriyar Məmmədyarov ilk “10-luğ”u tərk etdi, qadınlar yüksəlişdə
0
0