"Qarabağ"ın rəqibi "Porto"nu məğlub etdi
                    
                    26.09.2024 - 09:33
                        
                    
                    Avropa Liqasında əsas mərhələnin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən olan "Bodo-Qlimt" evdə "Porto" ilə qarşılaşıb.
Matç Norveç klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ" bu gün "Tottenhem"lə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.
                                
                                0
                                
                                0