Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyun üçün start heyətində yer almayıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı 2008-ci ildən bəri ilk dəfə 11-liyə düşə bilməyib. Maraqlıdır ki, həmin matç da İsveçrə ilə oyun olub.
Belə ki, o, 2008-ci ildə keçirilmiş Avropa çempionatında meydan sahiblərindən biri olan İsveçrə ilə qrup mərhələsinin III tur matçında sonadək ehtiyatda oturub. Həmin matçadək 1/4 finala vəsiqəni təmin etmiş portəkizlər formal matçda 0:2 hesabı ilə uduzub. Maraqlıdır ki, hər 2 qolu indi İsveçrə millisinin baş məşqçisi olan Murat Yakının qardaşı Hakan Yakın vurmuşdu.
Ümumiyyətlə, Kriştianu Ronaldo indiyədək ardıcıl 31 dünya çempionatı və Avropa çempionatı matçında meydana start 11-likdə çıxmışdı.
Qeyd edək ki, Portuqaliya – İsveçrə oyununun qalibi 1/4 finalda Mərakeşlə oynayacaq.
- Adı "Neftçi" ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər
- “Fənərbaxça”nın gözü “Yuventus”un futbolçusunda
- Haalanddan vecsiz etiraf - “Fransa bizi məğlub edəcək”
- “Qəbələ” Rumıniya klubunu məğlub etdi
- Fabian Ramos: “Neftçi”nin “Qarabağ”la cavab görüşündə geridönüş etməsi mümkünsüzdür"