“Burada – Qətərdə deyil, mənim ölkəmdə, onun ölkəsində oxuduqlarım və eşitdiklərim çox kədərlidir..."
Apasport.az xəbər verir ki, bunu Kriştianu Ronaldonun bacısı Katya Aveyru sosial şəbəkə hesabında yazıb.
O, qardaşının Qətərdə keçirilən dünya çempionatını tərk etməsini istəyib. Katya Ronaldonu dəstəkləyən uzun bir yazı yazıb və bildirib ki, 37 yaşlı futbolçu İsveçrə ilə 1/8 final matçında (6:1) ehtiyat oyunçular skamyasında qaldıqdan sonra onu tənqid edən azarkeşlər milliyə verdiyi töhfəni nəzərə almayaraq ona qarşı nankorluq edirlər:
"Çox kədərlidir. Çox istərdim ki, o, evə qayıtsın, milli komandadan ayrılsın və yanımızda otursun ki, biz onu qucaqlayaq və hər şeyin yaxşı olduğunu söyləyək, nəyə nail olduğunu və haradan gəldiyini xatırladaq. Çox istərdim ki, daha millidə davam etməsin. Kifayət qədər əziyyət çəkdik”, – Aveiro yazıb.
Qeyd edək ki, Kriştianu Ronaldo İsveçrə yığması ilə matçda oyunun 73-cü dəqiqəsində meydana çıxıb və xüsusi nə iləsə yadda qalmayıb..
- UEFA-nın "C" kateqoriyalı məşqçi kursunun I modulu BAŞA ÇATIB
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Paris-2024: 5 idmançımız mübarizəyə başlayır
- Çempion Oliver Kan və Hasan Salihamidziçi qovdu
- “Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir