Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyundan öncə komandamızın baş məşqçisi Siyasət Əsgərovun mətbuat konfransı keçirilib.
“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.
- Mourinyo onu komandada saxladı - "Fənərbaxça"da yeni müqavilə
- “Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB
- A Seriyası: “Roma” və “Milan” məğlub oldu
- Millinin qapıçısı 1 milyona transfer olundu
- Danimarka millisinin üzvü karyerasını başa vurdu - ZƏDƏYƏ GÖRƏ