
“İlk yarım saat ərzində biz ən yaxşı komanda idik və oyuna nəzarət edirdik. Sonra bir penalti təyin edildi. Yumşaq desəm, mübahisəli idi".
Apasport.az xəbər verir ki, bunu Xorvatiya yığmasının müdafiəçisi Borna Sosa deyib.
O, Qətərdə keçirilən dünya çempionatında Argentinaya yarımfinalda məğlubiyyəti (0:3) şərh edib və rəqibin qələbəyə layiq olmadığını bildirib: "2 qol buraxdıq və bundan sonra oynamaq çətin idi. Argentinanı layiq olmayan qələbə münasibətilə təbrik edirəm.
Finala çox yaxın olduğunuz üçün yarımfinalda məğlub olmaq ağırdır. Bu gün hələ nəfəs alıb bir az dincələ bilərik. Amma sabahdan növbəti matça hazırlaşacağıq. Biz Zaqrebə xoşbəxt qayıtmağa çalışacağıq”.
Qeyd edək ki, Xorvatiya millisi üçüncülük uğrunda maçtda Fransa – Mərakeş cütünün məğlubu ilə qarşılaşacaq.
- Ümid Rüstəmovdan dünya çempionatında ikinci qələbə
- Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama
- "Fənərbaxça" tribunasında bölünmə: Azarkeşlər arasında dava düşüb - VİDEO
- Üzgüçülərimiz daha 2 medal qazandılar
- Azərbaycan çempionu avrokubokda Xorvatiya klubunu məğlub etdi - YENİLƏNİB