Türkiyə Super Liqasının son çempionu "Trabzonspor"un 8 oyunluq məğlubiyyətsizlik seriyasına XVI turda son qoyulub.
Apasport.az-ın xəbərinə görə, Trabzon klubu 4 oyundur ki, Super Liqada qələbə qazana bilməyən "Fatih Karagümrük"ə səfərdə böyük hesabla uduzub – 1:4.
Tərəflər matçı 10 nəfərlə tamamlayıb. "Trabzonspor"dan yeganə qolunun müəllifi ispaniyalı Mark Bartra (45+3), meydan sahiblərindən "Atalanta"ya məxsus olan Qambiya millisinin üzvü Ebrima Koli (56) qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Trabzonspor" sonuncu dəfə Super Liqada məğlubiyyətinin sentyabrın 12-də "Adana Dəmirspor"dan (2:3) almışdı.
- Futzalçılarımız Avropa çempionatına qələbə ilə başlayıb
- "Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi
- “Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlanıb
- Paris 2024: Futbol üzrə yarışlarda yarımfinal cütləri bəlli olub
- Kurban Berdıyev: “Əsas odur ki, səhvlər bilərəkdən olmasın”