U-21 Portuqaliyada darmadağın oldu - YENİLƏNİB
06.09.2025 - 00:25
U-21 Portuqaliyada darmadağın oldu - YENİLƏNİB

21 yaşadək Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Portuqaliya seçməsi ilə üz-üzə gəlib.

Matç Bakı vaxtı ilə saat 22:30-da start götürüb. Görüşün ilk yarısında hesab açılmayıb. Lakin ikinci hissədə meydan sahibləri 5 qol vurmağı bacarıb. Bununla da, yığmamız seçmə mərhələyə darmadağınla start verib.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.

Avropa çempionatı
Seçmə mərhələ, I tur

22:30 Portuqaliya U-21 – Azərbaycan U-21 5:0