
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" - "Sabah" matçından öncə komandamızın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
"Rəqib komanda hazırda yüksəlişdədir. "Levski"nin ötən mərhələdə "Braqa" ilə oyunlarına baxmışıq. Onların güclü olduqları tərəflər var, buna baxmayaraq, sabah burada uğurlu nəticə qazanmaq istəyirik. Bizim güclü və zəif tərəflərimiz var. Əlbəttə, onlar da bizi təhlil ediblər. Avropada uğurlu çıxış bizə çox önəmlidir, nəticə özümüzü göstərmək istəyirik".
Qeyd edək ki, "Sabah"la "Levski" arasında Sofiyada keçiriləcək ilk oyun sabah 22:00-da start götürəcək.
- De Bleker hakimin tərəfini tutdu, "qırmızı yoxdur" dedi
- “Real”ın istədiyi hücumçuya 80 milyon qiymət qoyuldu
- "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Braziliya klubuna keçdi
- Azərbaycan – Ukrayna: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlanıb
- Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar