Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.
Apasport.az xəbər verir ki, PSJ-nin futbolçusu rəqib komandanın kapitanı Luka Modriç barədə danışıb.
26 yaşlı oyunçu xorvatiyalı yarımmüdafiəçinin onun üçün örnək olduğunu bildirib. Bununla belə, Vitinya komanda hədəflərini şəxsi simpatiyadan üstün tutduğunu vurğulayıb:
“Modriç mənim üçün kumirdir. Ona qarşı oynamışam və formamı onunla dəyişmişəm. Amma ona bənzəyib-bənzəmədiyim barədə danışmağı sevmirəm. Ümid edirəm, sabah onun üçün daha kədərli gün olacaq”.
Qeyd edək ki, Vitinya DÇ-2026-da Portuqaliya millisinin bütün oyunlarında iştirak edib. Portuqaliya K qrupunu ikinci pillədə başa vurub və 1/16 finalda L qrupunun ikincisi Xorvatiya ilə qarşılaşacaq.
- Messi Argentina klubuna keçmək istəyir
- "Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar
- Azərbaycanı şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək
- "Neftçi" ilə adı hallanan futbolçu "Sumqayıt"dan ayrıldı - Rəsmi
- Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"