UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" - "Sabah" matçından öncə meydan sahiblərinin baş məşqçisi Xulio Velazkezin mətbuat konfransı keçirilib.
“Sabah” APOEL və "Braqa"dan daha az tanınır. Bu səhər futbolçulara dedim ki, əgər matça əvvəlki rəqiblərə qarşı olduğu kimi eyni məsuliyyətlə yanaşmasaq, bu, bizim tərəfimizdən çox böyük səhv olar. Rəqib bizim hörmətimizə layiqdir.
Onları təhlil etmək üçün kifayət qədər vaxt və enerji sərf etmişik. Ötən mövsümdəki bir çox futbolçusu bu mövsüm komandada çıxış etməyə davam edir. Onların istedadlı və yaxşı oyunçuları var. Əgər rəqibə topla oynamağa və meydanın son hissəsinə çatmağa icazə versəniz, onlar son dərəcə təhlükəlidirlər. Mən "Sabah"da fərdi oyunçuları yox, komandanı fərqləndirərdim. Meydanın son hissəsində topa sahib olmalarına icazə versəniz, sizə problem yaradacaqlar. Oyunçularıma, öz keyfiyyətlərimizə çox inanıram. Komandanın oyuna kökləndiyini və onların nə etməli olduqlarını aydın şəkildə dərk etdiyinə inanıram".
Qeyd edək ki, "Levski" - "Sabah" matçı sabah saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
- Avropa idman bayramına START
- Arif Əsədov: "Samir Əliyevin oyunçular arasında avtoriteti var" - Müsahibə
- Bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
- “Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
- Mourinyo açıq danışdı: "Fənərbaxça"lıları əsəbiləşdirən sözlər