"Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu
22.12.2022 - 00:38
"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo bu qış İtaliya klubunu tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Yuventus"un rəhbərliyi yarımmüdafiəçini təxminən 15 milyon avroya buraxmağa razılaşıb.
27 yaşlı Fransa millisi ilə son dünya ikincisi olmuş Adrien Rabyo 2019-cu ilin iyulundan "Yuventus"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 145 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
- Sərxan Ağayev mükafatlandırılıb
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- İtaliyalı futbolçu "Beşiktaş"ın radarında
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
0
0