"Yuventus"a bunu edən olmamışdı: "Cim-bom" etdi
18.02.2026 - 00:15
"Yuventus" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Qalatasaray"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" rəqibini 5:2 hesabı ilə məğlub edib.
Bu nəticə ilə "qoca sinyora" Çempionlar Liqası tarixində ilk dəfə bir matçda qapısında 5 top görüb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 26-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
0
0