Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
22.10.2024 - 11:56
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Braziliya millisinin hücumçusu üçün DÇ-2022 bitdi
- Stronqmen Federasiyası ötən il qazanılan medalların sayını açıqladı
- NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib
- "Qalatasaray" "Konyaspor"u darmadağın edib - VİDEO İCMAL
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB
0
0