Avropa çempionatı: 4 boksçumuz finalda
14.07.2025 - 13:13
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan millisinin 4 qız idmançısı finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, boksçularımızdan Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.
Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.
- Adrian Skarlatake "Zirə"nin şanslarını yüksək qiymətləndirir - Açıqlama
- Millimizin baş məşqçisi: “Məğlub olmağımıza baxmayaraq…”
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
- "Yunayted"də Altay Bayındıra yeni rəqib
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
0
0