
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.
Apasport.az xəbər verir ki, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.
- “Qəbələ”nin “Fehervar”la matçlarının başlama saatı açıqlandı
- Özil: "Əminəm ki, "Cənnət" FK Pele ilə həmişə yenilməz olacaq”
- Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinqi
- Canni de Byazi: “Yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim” - MÜSAHİBƏ
- Gimnastımız Dünya kubokunda gümüş medal qazandı