Azərbaycan boksçusu Avropa çempionu olub
29.11.2025 - 15:18
Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.
- "Qalatasaray"da yeni sponsorluq müqaviləsi - 83 milyon avro qazanacaq
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
- "Naxçıvan" və "Ordu" yoxlama görüşündə qarşılaşıblar
- Samir Abasov: “Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik”
- Bu dəfə güldürdü: Mourinyodan məzəli paylaşım - VİDEO
0
0