Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.
İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.
- İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başlayıb
- "Fənərbaxça" Bundesliqa klubunun futbolçusunu istəyir
- "Fənərbaxça" Türkiyə milli komandasına oyunçu göndərməyəcək - Şok qərar
- “Qarabağ”dan stadionla bağlı müraciət: TƏMİR BİTMƏK ÜZRƏDİR
- İdmançımız Türkiyədə qızıl medal qazanıb