Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb
27.02.2026 - 10:55
Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.
Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.
- Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD
- Millimizdən beynəlxalq turnirdə uğurlu start
- Sərxan Hacıyev: “Yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək”
- Azərbaycan bayrağı yandırıldığına görə dünya çempionatı Ermənistana verilmədi
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
0
0