Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.
Rəhimova növbəti görüşündə Aeji İm (Cənubi Koreya) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də baş tutacaq.
Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq. Azərbaycan millisi indiyədək olimpiadaya 4 lisenziya qazanıb.
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Azərbaycanlı atıcıdan tarixi nəticə - DÜNYA ÇEMPİONATINDA REKORD QIRDI
- Azərbaycanlı hakimin adı Ginnes Rekordlar kitabına daxil edilib
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb