Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Apasport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar.
Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçuların hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
- "Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır
- Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək
- Montielin ad günü axşamında zorlama
- Azərbaycan kubokunda son 6 mövsümün REKORDU VURULDU
- Qara Qarayev: “Neftçi” Azərbaycan futbolunun təməli və başlanğıcıdır”