“III MDB Oyunlarında Qazaxıstan, Rusiya və Özbəkistan güclü boksçularla təmsil olunur. Biz də idmançılarımızdan uğur gözləyirik. Çalışacağıq ki, komandamız III MDB Oyunlarında birinci yeri tutsun”.
Apasport.az xəbər verir ki, bu sözləri boks üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi İlkin Ağayev deyib.
O, bu yarışın idmançılar üçün böyük təcrübə olduğunu vurğulayıb: “Qadınlardan ibarət komandada 9 çəki dərəcəsində 11 idmançı mübarizə aparır. Oğlanlar isə iki komanda şəklində 26 boksçu ilə təmsil olunurlar. Hər şey yaxşıdır. Qadın boksçularımızdan 3-ü rinqə çıxdı, onlardan 2-si qələbə qazandı. MDB Oyunları idmançıların Avropa və dünya arenalarına çıxmaları üçün böyük təcrübədir”.
- “Neftçi” “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb
- Boşa gedən 5 milyon avro: "Fənərbaxça" braziliyalını göndərdi
- Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"
- Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi
- Bakıda beynəlxalq həndbol turnirinin oyun cədvəli açıqlanıb