Bu gün Milli Gimnastika Arenasında start götürən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə üç cüdoçumuz bürünc medal uğrunda tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev Belçika təmsilçisi Yorre Verstraten, Əhməd Yusifov isə Ukrayna cüdoçusu Dilşot Xalmatovla bürünc medal uğrunda qarşılaşacaq. -66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov isə üçüncü yer uğrunda Özbəkistan idmançısı Azizbek Ortikovla tatamiyə çıxacaq.
Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış “İdman” telekanalı vasitəsilə canlı yayımlanacaq.
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- Bakı Olimpiya Stadionu ən yaxşı 50 arena arasındadır
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- Arif Əsədov: "Neftçi" avrokubokları növbəti mövsüm üçün düşünməlidir"