Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri başa çatacaq.
Apasport.az xəbər verir ki, sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün,Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.
+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
- “Aris”in daha bir futbolçusu “Neftçi” ilə oyunları buraxacaq
- Nağıyev: “Bu, məni Azərbaycan millisinə aparsa, xoşbəxt olaram” - MÜSAHİBƏ
- "Adana Dəmirspor" “Qarabağ”ın daha bir futbolçusunu istəyir
- Messi "Qalatasaray"la Bakıda danışıq aparıb - Adnan Əhmədzadə detalı
- Fərid Qayıbov hazırlıqdan danışdı - FOTO