7 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
25.04.2024 - 09:47
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.
- Derbinin qalibi “Çelsi” oldu
- Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”
- Niderland millisinin futbolçusu karyerasını bitirib
- Rüfət Abbasov: “Sumqayıt” səfərindən bir xalla qayıtmaq pis nəticə deyil"
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
0
0